ABŞ-da korrupsioner senatora hökm oxundu - 7 il həbs

ABŞ-da korrupsioner senatora hökm oxundu -  7 il həbs
  02 İyul 2015    Oxunub:2216
ABŞ-da Nyu-York ştatının keçmiş senatoru Malkolm Smit korrupsiya ittihamı ilə 7 illik həbs cəzasına məhkum edilib. O, 2013-cü ildə şəhər meri seçkilərinin nəticələrini saxtalaşdırmaqda ittiham edilir.

AzVision.az `Assoşieyted Press`ə istinadən məlumat verir ki, 52 yaşlı Smit seçkiqabağı dönəmdə namizədliyinin dəstəklənməsi üçüm öz partiyasına böyük miqdarda - $200 min rüşvət verib.

Qeyd edək ki, Malkolm Smit qanunverici orqanda 13 il çalışıb. O, 2013-ci ilin əvvəlində həbs edilmişdi.

Keçmiş senatorun 5 tərəfdaşı da eyni cinayətdə şübhəli bilinirlər. Hər biri günahını etiraf edib və 3 ildən 7 ilədək məhkum olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti