Klinton Davudoğlunu belə çağırırmış- Yazışmalar

Klinton Davudoğlunu belə çağırırmış- Yazışmalar
  02 İyul 2015    Oxunub:2804
ABŞ Dövlət Departamenti sabiq dövlət katibi Hillari Klintonun heç vaxt paylaşılmayan elektron məktublarını açıqlayıb.
Məktublarda daha çox Klintonun xarici ölkə liderləri və bir sıra nüfuzlu şəxslərlə yazışmaları yer alıb.

E-poçtlarda bəzi maraqlı detallar da göstərilib. 2009-cu ilin 20 sentyabrında Klinton köməkçisinə "Saraya zəng elə və ondan mənə buzlu çay gətirib-gətirməyəcəyini soruş" yazıb.

Sabiq dövlət katibinin elektron məktublarında ən diqqət çəkən məqam isə Türkiyənin sabiq xarici işlər və baş naziri Əhməd Davudoğluna müraciətidir. 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanan protokoldan əvvəl Klintonun yazışmaları da açıqlanıb.

O dönəmdə dövlət katibinin müavini olan Filip Gordon göndərdiyi bir e-mail-də o dövrdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışan Əhməd Davudoğluna bunları yazıb: "Ermənistan tərəfi razı olsa açıqlama sabah veriləcək".

Klintonun da Davudoğlu ilə yazışmaları yayımlanıb. Yazışmalarda Klinton Davudoğluna hər müraciətində "Davu" deyə xitab edir.

Qeyd edək ki, Hillari Klintonun yalnız 2012-ci ilin may ayında 300-dən çox elektron məktubu yayımlanmışdı.(Ans)


Teqlər:





Xəbər lenti