Üsyançılar Səudiyyə Ərəbistanında hava limanı ələ keçiriblər

Üsyançılar Səudiyyə Ərəbistanında hava limanı ələ keçiriblər
  02 İyul 2015    Oxunub:3059
Səudiyyə Ərəbistanının "Əhrar ən-Nəcran" hərbi-siyasi müxalifət hərəkatı (“Azad Nəcran vətəndaşları”) Krallığın cənubunda yerləşən Nəcran əyalətinin eyniadlı paytaxtının hava limanına nəzarəti ələ keçirib.
"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

“Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri ilə şiddətli toqquşmalardan sonra "Əhrar" hərəkatında birləşən tayfalar Krallığın cənubundakı Nəcran şəhər aeroportuna nəzarəti ələ keçiriblər”, – deyə agentliyin məlumatında bildirilir.
Daxil olan son məlumatlara görə, hazırda Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri hava limanını bombalayır.

"Əhrar ən-Nəcran" Səudiyyə Ərəbistanına qarşı müharibədə Yəmənin tərəfində duran Nəcran əyalətinin üsyançı tayfaları tərəfindən formalaşdırılıb.
Hərəkat Ər-Riyaddan ayrılaraq əyaləti müstəqil elan edib və hərbi hazırlıqda yardım göstərməsi üçün Yəmənə müraciət edib.
İyunda "Əhrar ən-Nəcran" Krallığın Nəcran əyalətində yerləşən Əl-Məşəliyyə rayonundakı hərbi bazasını ələ keçirdiyini bəyan edib və Habaş rayonunda Səudiyyə qoşunları ilə toqquşmalara başlayıb.
Nəcran əhalisi ənənəvi olaraq Yəmən ilə sıx əlaqədədir. Əlayətdə 1,6 milyondan artıq əhali var və onlar əsasən şiə-ismaililərdir.


Teqlər:





Xəbər lenti