Con Kerri Vyana görüşünə əsa ilə getdi

Con Kerri Vyana görüşünə əsa ilə getdi
  02 İyul 2015    Oxunub:2179
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə ABŞ-ın dövlət katibi Con Kerrinin Vyanadakı görüşü maraqlı anlarla yadda qalıb.
İran mətbuatı C.Kerrinin ayağının sınması ilə əlaqədar görüşə əsa ilə getməsini xüsusi qabardaraq qeyd edir ki, nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi rəsmi Vaşinqton üçün həyati əhəmiyyət daşıyır. Çünki belə olmasaydı C.Kerri ayağı sınmış vəziyyətdə əsa ilə Vyanaya getməzdi.

M.C.Zərif ilə C.Kerrinin görüşü zamanı ABŞ dövlət katibinin əsanın köməyi ilə ayaqda dayanması fotoqrafların nəzərindən qaçmayıb.

Qeyd edək ki, Vyana görüşündə danışıqların vaxtı iyulun 7-dək uzadılıb.(Azərtac)


Teqlər:





Xəbər lenti