İsmət Yılmaz parlament sədri seçildi- Yenilənib
Beləliklə, İ. Yılmaz və D. Baykal 4-cü tura keçiblər. Son turda İ. Yılmazın qalib gələcəyi proqnozlaşdırılır, çünki MHP namizədlərdən heç birinə səs verməyəcəyini açıqlayıb. Bu halda AKP-nin öz səsləri sədri seçmək üçün kifayət edəcək.
(APA)
...
Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin seçilməsi üçün səsvermənin 4-cü turu keçirilib.
258 səs toplayan AKP namizədi İsmət Yılmaz parlament sədri seçilib.CHP namizədi Deniz Baykal isə 189 səs toplayıb. Seçkidə 547 deputat iştirak edib. MHP-dən olan deputatlar bitərəf qalıblar.