Borca görə özünü asdı

Borca görə özünü asdı
  01 İyul 2015    Oxunub:3850
Bu gün Ağdaş rayonunda maşın ehtiyat hissələri satılan mağazaların birində asılmış kişi meyiti tapılıb.
Bu barədə rayon polisinə və prokurorluğuna məlumat verilib.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı ölən şəxsin mağazanın sahibi, 1962-ci il təvəllüdlü Rəhman Murad oğlu Məmmədov olduğu məlum olub.

Ağdaş rayon Prokurorluğunun müstəntiqi Pərviz Cəlilovun ANS PRESS-ə verdiyi məlumata görə, meyitin müayinəsi zamanı onun özünü asdığı məlum olub.

"Rəhman Məmmədovun meyiti mağazanın anbarından asılmış halda tapılıb. Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb", - deyə Pərviz Cəlilov bildirib.

Müstəntiqin sözlərinə görə, mərhumun yaxınları onun külli miqdarda borclu olduğunu bildiriblər. İlkin ehtimala görə, mağaza sahibi elə bu səbəbdən də özünü öldürüb.

Lakin baş verən hadisənin dəqiq səbəbləri istintaq yekunlaşandan sonra məlum olacaq.

Faktla bağlı istintaq davam edir.


Teqlər:





Xəbər lenti