“Avropa Oyunları fenomenal idman bayramı idi” - Sergey Lebedev

“Avropa Oyunları fenomenal idman bayramı idi” - Sergey Lebedev
  01 İyul 2015    Oxunub:2777
“Gələcəkdə Avropa Oyunlarını keçirəcək bütün ev sahibləri üçün çox çətin olacaq. Çünki Azərbaycan bu oyunların standartını elə yüksək göstərdi ki, başqa ölkələrin nə edəcəyini düşünmək çox çətindir”.
Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Federasiya Şurasının üzvü, TASS agentliyinin Direktorlar Şurasının sədri Vitali İqnatenko deyib.

Bakıda keçirilən I Avropa Oyunlarının çox yüksək səviyyədə təşkil olunduğunu söyləyən rusiyalı senator bildirib ki, Azərbaycan rəhbərliyi tərəfindən uzun müddətdir idmana göstərilən diqqət və qayğı artıq öz bəhrəsini verib: "Azərbaycan dəfələrlə beynəlxalq miqyasda tədbirlərə ev sahibliyi edib. Son keçirdiyi tədbir haqqında isə günlərlə danışmaq olar. Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, oyunlar çərçivəsində keçirilən yarışlar möhtəşəm səviyyədə təşkil olunmuşdu. Ölkəniz Avropa Oyunlarının standartını elə yüksək göstərdi ki, gələcəkdə bu oyunlara ev sahibliyi edəcək ölkələrin işi çox çətin olacaq. Həmin ölkələrin nə edəcəyini düşünmək çətindir. İkinci bir məsələ isə təşkilatçılıqdır. Bu sualı tək mən yox, bir çoxları verir. Avropa Oyunlarını bundan gözəl kim təşkil edəcək?!"

Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin sədri Sergey Lebedev isə APA-ya açıqlamasında Bakıda keçirilən birinci Avropa Oyunlarını fenomenal və çox rəngarəng bir idman bayramı adlandırıb. O qeyd edib ki, Bakıda keçirilən bu mötəbər tədbir təkcə Avropanın idman həyatında deyil, dünya idmanında tarixi hadisəyə çevrilib.

Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin rəhbəri Leonid Slutski Azərbaycanın tarixdə ilk Avropa Oyunlarını sözün əsl mənasında göz qamaşdıracaq qədər gözəl və möhtəşəm hazırladığını söyləyib: “Avropa Oyunları Olimpiya hərəkatının yeni səhifəsidir. Azərbaycan bu oyunların ilkini yazmaqla, nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi”.


Teqlər:





Xəbər lenti