Ukrayna Rusiyadan qaz alışını dayandırdı

Ukrayna Rusiyadan qaz alışını dayandırdı
  01 İyul 2015    Oxunub:2091
Ukrayna bu gündən etibarən Rusiyadan qaz alışını dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Ukraynanın “Naftoqaz” şirkəti xəbər yayıb.

Qeyd edək ki, iyunun 30-u Ukrayna şirkətinin “Qazprom”la müqaviləsi bitib.

Avropaya yanacaq tranzitinə gəldikdə isə Ukrayna şirkəti əvvəlki həcmin saxlanıldığını bildirib. Şirkətin saytında yerləşdirilən məlumata görə, Ukrayna yeni qaz müqaviləsi üzrə danışıqlardan imtina etmir və bu məsələdə Avropa Komissiyasının köməyinə ümid edir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti