Dəhşətli qəzada ölənlərin sayı 141-ə çatdı

Dəhşətli qəzada ölənlərin sayı 141-ə çatdı
  01 İyul 2015    Oxunub:2918
İndoneziyanın "Hercules C-130" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 141-ə çatıb.
AzVision.az xəbər verir ki, bunu İndoneziyanın hərbi hava qüvvələri komandanı Aqust Supriyatna bildirib. O, qeyd edib ki, qəzada sağ qalan olmayıb.

“Biz 141 cəsəd qəbul etmişik` - deyə şəhər xəstəxanasında olan polisin rəsmisi bildirib.

Qeyd edək ki, təyyarə qəzası ötən gün baş verib.

Təyyarə Medan şəhərində (Şimali Sumatra) yerləşən hərbi bazadan Bunuquran adasına uçurmuş. Təyyarə səmaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb. Hadisə yerində xilasedicilər işləyir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti