`Putin və Sarkisyan İrəvandakı böhranı müzakirə etməyib`

`Putin və Sarkisyan İrəvandakı böhranı müzakirə etməyib`
  01 İyul 2015    Oxunub:2739
Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyan telefon söhbəti zamanı Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasından yaranan böhranlı vəziyyəti müzakirə etməyib.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Elektrik enerjisi tarifləri Ermənistanın daxili məsələsidir və şübhəsiz ki, Rusiya Federasiyası ilə müzakirə oluna bilməz", — deyə Dmitri Peskov qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin erməni həmkarını ad günü münasibəti ilə təbrik və Rusiya-Ermənistan əməkdaşlığı məsələlərini müzakirə etməsi barədə məlumat verilmişdi.(report)


Teqlər:





Xəbər lenti