Neonasizm təhlükəsi artır - `Bild`

Neonasizm təhlükəsi artır - `Bild`
  30 İyun 2015    Oxunub:3084
Azvision.az Almaniyanın “Bid” qəzetinə istinadən məlumat verir ki, artıq neonasizm Almaniyada sürətlə çox güclü faktora çevrilməkdədir. Neosasizm, dini dözümsüzlük, irqçi və milli ayrı-seçkilik zəminində baş vermiş cinayətlər son bir ildə 24% artıb.

2014-cü ildə 990 belə cinayət halı baş vermişdisə, 2013-cü ildə irqi və dini ayrı-seçkilik mövzusunda baş vermiş cinayət faktlarının sayı artıq 800-ü keçib. Ultra-sağçı qrupların ən çox hücum etdikləri yer isə əsasən qaçqın düşərgələri, eləcə də əcnəbilərin sıx yaşadıqları bölgələrdir.

“Tegesspiegel” isə yazır ki, Almaiyada cinayət hallarını əcnəbilərin ayağına yazmaq və onları pisləmək adi praktikaya çevrilməkdədir. Sadəcə, Almaniyaya olan miqrant axınının qarşısını almaq üçün belə qaralama metodlarından istifadə edirlər.



Krimonoloq Kristian Valburq bildirir ki, alman mediasının bilərəkdən cinayət faktlarını əcnəbilərin adına yazması spekulasiyadan savayı bir şey deyil. Medianın irqi zəmində apardığı təbliğatda göstərilənlər reallıqla üst-üstə düşmür, tamamilə bir-birinə ziddiyyət təşkil edən manipulyasiya xarakterli informasiyalardır. Belə ki, reallıqda bir çox cinayət hallarında qeyri-almanların etdiyi cinayət faziləri almanların etdiklərilə bərabərdir, yəni bu da o deməkdir ki, mediya bilərəkdən rəqəmləri şişirdir.

Fərrux Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti