Rəsmi Bakıdan terror bəyanatı

Rəsmi Bakıdan terror bəyanatı
  30 İyun 2015    Oxunub:3390
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Misir Ərəb Respublikasının baş prokuroru Hişam Bərəkata qarşı 29 iyun tarixində təşkil olunmuş terror aktını qəti şəkildə pisləyib.
AzVision.az-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır: “Terrorizmə qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Terror aktı nəticəsində həlak olmuş Hişam Bərəkatin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

AzVision.az


Teqlər:  





Xəbər lenti