Ermənistanda etirazlar davam edəcək

Ermənistanda etirazlar davam edəcək
  30 İyun 2015    Oxunub:1912
İrəvan Polis İdarəsinin rəis müavini polkovnik Valeri Osipyan hesab edir ki, Ermənistan paytaxtındakı mitinqlər daha iki gün davam edəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Valeri Osipyan polisin hazırda etirazçılara qarşı tədbir görmək niyyətinin olmadığını qeyd edərək, etirazçıların özlərinin dağılışacağına əmin olduğu bildirib.

“Mitinq daha iki gün davam edəcək”, detə Osipyan jurnalistlərə bildirib.

İrəvan Polis İdarəsinin rəis müavini etirazçılara müraciət edərək 23.00-dan sonra səs-küy salmağın qanunla qadağan olduğunu xatırladaraq asayişi pozmamağa çağırıb.

İrəvanın mərkəzində hərəkət qismən məhdudlaşdırılıb, aksiya keçirilən əraziyə polis qüvvələri və texnika cəlb edilib.


Teqlər:





Xəbər lenti