Avropa Oyunlarında yeni rekord

Avropa Oyunlarında yeni rekord
  28 İyun 2015    Oxunub:3240
Bakıda müxtəlif nailiyyətlərə görə 9 mükafata sahib olan rusiyalı üzgüçü Mariya Kameneva qazanılmış medalların sayına görə I Avropa Oyunlarında rekord vurub.
AzVision.az report-a istinadən xəbər verir ki, 16 yaşlı idmançı üzgüçülük yarışlrının son günündə qadınlar arasında 100 metr məsafəyə arxası üstə üzmək üzrə gümüş medal qazanıb.

Bundan əlavə Rusiya yığmasının 4x200m sərbəst ötürmədə birinci yeri tutması sayəsində Kamenovanın daha bir medal əlavə olunub.

Beləliklə rusiyalı atlet Avropa Oyunlarını 6 qızıl, 1 gümüş və 2 bürünc medal ilə başa vurub.

Avropa Oyunlarına iyunun 28-də yekun vurulacaq.


Teqlər:





Xəbər lenti