Daha bir boksçumuz finalda- Yenilənir

Daha bir boksçumuz finalda- Yenilənir
  26 İyun 2015    Oxunub:3199
Bu gün I Avropa Oyunlarında boks yarışlarında daha 10 çəki dərəcəsində döyüşlər olacaq.
AzVision.az-ın məlumatına görə, Azərbaycanın 7 boksçusu rinqə çıxacaq.

Kişilər arasında 52 kq çəki dərəcəsində Elvin Məmişzadə finalda italiyalı Vinçenzo Pikkardi ilə üz-üzə gələcək.

60 kq çəkidə təmsilçimiz Albert Səlimov yarımfinalda gənc rəqibi Sin Makkombla (İrlandiya) döyüşəcək.

64 kq çəkidə Azərbaycan təmsilçisi Lorenzo Sotomayoru finalda Vinçenzo Manqiakapre ilə qarşılaşacaq.

69 kq çəkidə Pərviz Bağırovun yarımfinaldakı rəqibi Böyük britaniyalı Joş Kellidir.

75 kq çəki dərəcəsində yığmamızın üzvü Xaybula Musalov yarımfinal mərhələsində Macarıstan təmsilçisi Zoltan Harksa ilə döyüşəcək.

91 kq çəkidə isə Abdulqadir Abdullayev finala vəsiqə qazanmaq üçün rusiyalı Sadam Maqomedovlə üz-üzə gələcək.

Qadınlar arasında 60 kq çəkidə Yana Alekseyevnanın yarımfinalda rəqibi İrlandiya təmsilçisi Keti Teylordur.

***
Yana Alekseyevna yarımfinal döyüşünə çıxıb. Onun rəqibi Olimpiya çempionu, dörd dəfə dünya və beş dəfə Avropa çempionatının qalibi irlandiyalı Keti Teylorla idi. Gərgin keçən qarşılaşmada daha təcrübəli döyüşçü Keti Teylor 2:1 hesabı ilə qalib gəlib. Alekseyevna yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib.

***
60 kq çəkidə təmsilçimiz Albert Səlimov yarımfinalda gənc rəqibi Sin Makkombla (İrlandiya) döyüşüb. O, layiqli döyüş sayəsində 3:0 (29:28; 30:27; 29:28) hesabı ilə qalib gəlib və finalda iştirak hüququ qazanıb.

Qeyd edək ki, Azərbaycan boksçularının aktivində 1 qızıl və 3 bürünc medal var.

AzVision.az


Teqlər:  





Xəbər lenti