Şeyx idmançılarla bağlı fətva verdi
Ramazanda İslamın mücahid idmançısı rəqib qarşısında daha qüvvətli və şücaətli olmaq üçün oruc tutmaya bilər. Bununla bağlı səhih mənbələrdə bildirilir ki, belə səbəblərdən oruc tuta bilməyən və ya orucunu pozmalı olan şəxslər onun qəzasını orucluqdan sonra yerinə yetirməlidirlər. Çünki rəqiblə idman meydanında aparılan mübarizədə qalib gəlmək, Vətənin şərəfini qorumaq, bayrağını ucaltmaq – vacib və savab əməllərdəndir.
Azərbaycan dindarları inanırlar ki, Birinci Avropa Oyunlarında idmançılarımızın qələbəsi - torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən bütün qəhrəman şəhidlərin xatirəsinə ən dəyərli töhfə, ölkəmizin şərəf salnaməsinə yazılan ən parlaq səhifədir”.