Boksçumuz rinqdən qalib ayrıldı

Boksçumuz rinqdən qalib ayrıldı
  18 İyun 2015    Oxunub:2573
Bakı-2015 I Avropa Oyunlarında Azərbaycan boksçuları mübarizəyə qoşulub.
AzVision.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Teymur Məmmədov Oyunlara 1/16 finaldan start verib. Həmyerlimiz öncə Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə görüşüb və qalib gəlib – 3:0.

64 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Lorenzo Sotomayor 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçlə qarşılaşacaq. Görüş saat 18:15-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan boks yığması yarışda bütün çəki dərəcələrində təmsil olunur.


Teqlər:  





Xəbər lenti