Ruhani Türkiyəni hədələdi

Ruhani Türkiyəni hədələdi
  05 İyun 2015    Oxunub:2631
İran prezidenti Həsən Ruhani növbəti dəfə Əsəd rejimini dəstəkləyən açıqlama verib. Ruhani Suriyada terrorçu qruplardan istifadə etməyə çalışanların terrorun hədəfi olacağını da bildirib: `Təəssüf ki, bölgədəki bəzi ölkələr səhv addım atırlar. Öz maraqları naminə terrorçu qruplardan istifadə edə biləcəklərini düşünürlər. Amma gec və ya tez terror onlara da yol tapacaq`.

Türkiyə mətbuatının yazıdığına görə, Ruhani bu açıqlamasında rəsmi Ankaranı nəzərdə tutub.

Ruhani Tehranın öz imkanları daxilində Suriyaya dəstəyini davam etdirəcəyini də deyib: `Tehran Suriya qarşısındakı məsuliyyətini unutmayıb`.

Qeyd edək ki, Suriya rejiminə müxalif qrupları dəstəkləyənlər arasında Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə də var.


Teqlər:





Xəbər lenti