Yeni prezident əsas prioritetini açıqladı

Yeni prezident əsas prioritetini açıqladı
  05 İyun 2015    Oxunub:1388
Latviyanın daxili və xarici təhlükəsizliyi, o cümlədən respublikanın silahlı qüvvələrinin və sərhədlərinin möhkəmləndirilməsi, Latviyada və digər Baltik ölkələrində NATO qüvvələrinin iştirakının gücləndirilməsi ölkənin yeni Prezidenti Raymonds Veyonisin bu vəzifədə əsas prioriteti olacaq. O, bu fikri prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında səsləndirib.

R.Veyonis deyib: “Bu gün – çox mürəkkəb zamandır, çünki vəziyyət xeyli dərəcədə və labüd şəkildə dəyişib. Sərhədlərimiz təhlükəsizdirsə, deməli, Latviyanın inkişaf etmək və investisiyalar cəlb etmək potensialı var. Bu, iqtisadi və sosial təhlükəsizliyə də zəmin yaradacaq”.

Ölkədə yaxşı maaşlı iş yerlərinin yaradılması da R.Veyonisin dövlət başçısı vəzifəsində fəaliyyətinin prioritetləri arasındadır. Prezident deyib: “Biz Latviyada yaxşı maaşlı iş yerlərinin yaranmasını stimullaşdıran və insanların ölkədən axınının qarşısını alan biznes şəraiti yaratmaq istəyirik. Mən qeyri-bərabərliyi aradan qaldırmaq üçün bu üç əsas istiqamətdə işləməyi planlaşdırıram”.

Ürək açmayan qərarlar qəbul etməyə də hazır olduğunu bildirən R.Veyonis deyib: “Mən qeyri-populyar qərarlar qəbul etməyə, onları baxılması üçün hökumətə təqdim etməyə hazıram, çünki bizim təhsil və səhiyyədə həllini tələb edən problemlərimiz var. Siyasətçilər məsuliyyəti öz üzərlərinə götürməyə heç də həmişə hazır deyillər. Mən bu məsələləri qabartmağa hazıram, yoxsa çıxılmaz vəziyyətə düşərik”.

Raymond Veyonis Latviyanın müstəqilliyi bərpa olunandan ölkənin beşinci, dövlətin yarandığı vaxtdan doqquzuncu Prezidentidir.


Teqlər:  





Xəbər lenti