Avropa Oyunlarının açılışına baş nazir gələcək

Avropa Oyunlarının açılışına baş nazir gələcək
  04 İyun 2015    Oxunub:2455
Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək.
Bunu Gürcüstan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Elqucia Berişvili deyib. Onun sözlərinə görə, bundan əlavə Baş nazirin müavinləri, nazirlər, Tiflisin meri və digər rəsmi şəxslərdə Bakıya təşrif buyuracaq.

O, qeyd edib ki, idmançıların birinci qrupu Azərbaycana iyunun 11-də yola düşəcək.

O, Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərarına çox sevindiklərini söyləyib: "Çünki Azərbaycan bizim üçün ən yaxın dost ölkədir. Dostumuza verilən qiymət elə bizə verilən qiymətdir. Ümumiyyətlə, bu qərarın qəbulu təbii idi. Azərbaycanda idmanın inkişafı üçün mükəmməl baza yaradılıb. Bu gün nəinki Bakıda, Azərbaycanın müxtəlif şəhər və rayonlarında idman kompleksləri tikilir, beynəlxalq yarışlar, dünya və Avropa çempionatları keçirilir. İnanırıq ki, Azərbaycan ev sahibi kimi ilk Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək."


Teqlər:  





Xəbər lenti