Almaniyada "Bakı 2015"-in təqdimatı olub

Almaniyada "Bakı 2015"-in təqdimatı olub
  04 İyun 2015    Oxunub:2401
Almaniyanın Yena şəhərində "Bakı 2015" Avropa Oyunları ilə bağlı Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası “Azərbaycan - Odlar Yurdu” adlı tanıtım aksiyası təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, Yena şəhərinin beynəlxalq mədəniyyət mərkəzində baş tutan tədbirdə 100-dən artıq yerli və xarici tələbə, eləcə də çox sayda şəhər sakini iştirak edib.

Assosiasiyanın fəalları tərəfindən hazırlanan təqdimatda Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, qədim və zəngin musiqi irsi haqqında məlumat verilib.

Tədbirdə Azərbaycanda Avropa Oyunlarına dair aparılan hazırlıq işlərini və indiki vəziyyəti əks etdirən videoçarx nümayiş etdirilib.

Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə azərbaycanlı, alman və digər ölkələrdən olan bir qrup gənc tədbirə üzərində Bakı 2015 I Avropa Oyunlarının loqosu əks olunan köynəklərdə qatılıb. Sonda tədbirə qatılanlar Azərbaycana həsr olunmuş stendlə tanış olub və Azərbaycanın milli yeməklərindən dadmaq imkanı əldə ediblər.


Teqlər:





Xəbər lenti