Prezidentin evini su basıb

Prezidentin evini su basıb
  04 İyun 2015    Oxunub:2842
Nikaraquada yağan leysan nəticəsində ölkə prezidenti Daniel Orteqanın evini su basıb.
AzVision.az "RiA Novosti"yə istinadən xəbər verir ki, bu haqda prezidentin xanımı Rosario Murilo bildirib.

Onun sözlərinə görə, prezidentin evindən suyu xəkəndaz və vedrə ilə yığıblar: “ Evdən suyu təmizləmək üçün bizə evdəki köməkçilər, hərbçilər və polislər yardım edib. Heç kim inanmaz, ancaq ötən gün evimizin içində su topuqdan idi ".

Qeyd edək ki, iki saat ərzində aylıq norma miqdarından artıq yağan yağış nəticəsində iki min tikili su altında qalıb.


Teqlər:





Xəbər lenti