Avropada `məmur ovu` - Rasmussen həbs edilə bilər
Anders Foq Rasmussenlə yanaşı sabiq xarici işlər naziri Per Stiq Möllerin, Xarici İşlər Nazirliyinin müşaviri Friis Arne Petersenin və digər yüksək vəzifə tutan məmurlar da istintaqa cəlb edilib.
Adları çəkilən şəxslər noyabr ayından etibarən dindiriləcək.
Qeyd edək ki, Danimarkanın İraq müharibəsinə qoşulması bu ölkədə böyük rezonans doğurdu və kəskin etirazlara səbəb oldu. Həmin vaxt Rasmussen Səddam Hüseynin nüvə silahına sahib olduğunu dedi və ölkəsinin bu müharibəyə qoşulmasına çalışdı.