ATƏT sədrindən həmsədrlərə Qarabağ tələbi

ATƏT sədrindən həmsədrlərə Qarabağ tələbi
  04 İyun 2015    Oxunub:1992
“ATƏT Cənubi Qafqazda sabitliyin qorunmasında və regional aktorlar arasında etimad tədbirlərinin güclənməsində maraqlıdır”.
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

ATƏT sədri prosesin bütün iştirakçılarının üzərinə düşən öhdəliyi yerinə yetirmələrinin vacibliyini qeyd edib: “Ölkələr və həmsədrlər konstruktiv yanaşma nümayiş etdirməli, sülh yolu ilə problemin həllinə təkan verməlidir”.

O, beynəlxalq hüququn tətbiqində ikili standartların mövcudluğunu tənqid edib: “ATƏT-də sədrlik edən Serbiya dialoq istəyir və buna çalışır. Lakin Kosovo məsələsində çoxsaylı məqamlar var. Kosovo Serbiyanın razılığı olmadan birtərəfli şəkildə müstəqilliyini elan edib. Bu qərar bir sıra ölkələr, xüsusilə Qərb ölkələri tərəfindən verilib. Belə çıxır ki, beynəlxalq hüquq böyük dövlətlərin fəaliyyətindən asılıdır? Buna baxmayaraq, əsas məsələlərlə bağlı dialoq yoxdur”.

İ. Daçiç ATƏT məkanında mövcud hər bir münaqişənin özünəməxsusluğunu önə çəkib, onlara konstruktiv və ədalətli yanaşmanın sərgilənməsinin vacibliyini qeyd edib.


Teqlər:





Xəbər lenti