Dəhşətli gəmi qəzasında 26 nəfər öldü
Hadisə yerində genişmiqyaslı xilasetmə işləri aparılır. İnsanların böyük əksəriyyəti itkin düşmüş hesab edilir. Hadisə nəticəsində 8 nəfər xilas edilib.
Qeyd edək ki, teploxod batan zaman onun göyərtəsində 458 nəfər olub.
Xilas olmağa imkan tapan gəmi kapitanı və baş mühəndisin sözlərinə görə, gəmi güclü qasırğaya düşüb. Gəmi tez bir zamanda batıb.
Kapitan bildirib ki, gəminin göyərtəsində 47 ekipaj üzvü, 405 sərnişin və 5 tur agentliyi işçisi olub.
Teploxod Nankin şəhərindən Cunçin şəhərinə hərəkət edirmiş.
Eldar Tanrıverdiyev
Azvision.az