Kardaşyanın xanım `atası` məşhur şirkətin siması ola bilər
Yayılan məlumatlara görə, “Estée Lauder” şirkətinə məxsus “MAC” brendi son aylarda bir neçə də Cennerlə görüşərək onunla əməkdaşlıq imkanlarını müzakirə edib.
Mənbə bildirib ki, “MAC Cosmetics”də bu qərarla bağlı iki cəbhə formalaşıb: “Orada iki cəbhə var. Onlardan biri bu qərardan çox razıdır, digər cəbhə isə özünü daha ehtiyatlı aparır”.
Şirkət bu xəbəri şərh etməkdən imtina edib.
“MAC Cosmetics”in bütün dünyada 700-dən çox mağazası var. Daha əvvəl brendin simaları Riki Martin, Elton Con, Rihanna, Ledi Qaqa və Niki Minaj olub.
Qeyd edək ki, tvitterdə 4 saata milyonlarla izləyici toplayan Cenner prezident Barak Obamanın da rekordunu təzələyib.
Brus Cenner 1976-cı ildə olimpiya çempionu olub. 1991-ci ildə Kİm Kardaşyanın anası ilə evlənib, ondan iki qızı olub, lakin 2015-ci ildə boşandığını elan edib.
Eldar Tanrıverdiyev
Azvision.az