Rus siyasətçilərə qarşı “Əcinnə ovu“

Rus siyasətçilərə qarşı  “Əcinnə ovu“
  03 İyun 2015    Oxunub:1731
Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijovun Avropa Parlamentinə azad girişi məhdudlaşdırılıb.
Bu barədə Avropa Parlamentinin rəhbəri Martin Şultsun mətbuat xidməti məlumat yayıb.

Qərbin bu addımına Rusiyanın cavabı gecikməyib. Ölkənin xarici siyasət idarəsinin informasiya və mətbuat departamentinin direktor müavini Mariya Zaxarova Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijovun quruma azad girişinin məhdudlaşdırılması qərarını “əcinnə ovuna” bənzədiyini ibildirib:

`Belə düşünmək olar ki, avrobürokratiya müqəddəs inkvizisiya dövrünə qayıdır. Rusiya əcinnələrinə ov elan olunub. `Rusiya KİV-lərinin indeksi` daxil edilib. Bəs sonra? Dini məhkəmələr Rusiya diplomatlarını Brüssel tonqallarında yandıracaq? Bunu məntiqi izahı olmalıdır.`


Teqlər:  





Xəbər lenti