Səfirdən Şahtaxtinski açıqlaması: `Qərar birgə verilib`

Səfirdən Şahtaxtinski açıqlaması: `Qərar birgə verilib`
  03 İyun 2015    Oxunub:2288
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Aleksis Şahtaxtinskinin mandatının uzadılmaması haqqında qərar ATƏT Katibliyi, Serbiya tərəfinin sədrliyi və Fransa hökuməti ilə birgə qəbul edilib.
Bu barədə "Report"a Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib.

"Aleksis Şahtaxtinski ATƏT Katibliyi üçün çalışır və onun fəaliyyətinə görə məvacib Katiblik tərəfdindən ödənilir. Buna görə də onun mandatının uzadılmaması haqqında qərar ATƏT Katibliyi, Serbiya sədrliyi və Fransa hökuməti ilə birgə qəbul edilib", - Fransa səfiri qeyd edib.

Qurumun mətbuat xidmətinin məlumatına əsasən, ATƏT-in Bakıdakı Layihə Əlaqələndiricisi Aleksis Şahtaxtinskinin təyinat müddəti 31 may 2015-ci il tarixində başa çatıb.

"Fransa hökuməti vətəndaşlığını daşıyan Aleksis Şahtaxtinskinin ATƏT-in Bakıdakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyət müddətinin 31 may tarixindən sonra uzadılmasını dəstəkləməyib", - Azərbaycan XİN mətbuat xidməti bu faktı şərh edərkən bildirib.


Teqlər:  





Xəbər lenti