Zakir Həsənov MDB müdafiə nazirləri ilə görüşür

Zakir Həsənov MDB müdafiə nazirləri ilə görüşür
  03 İyun 2015    Oxunub:1403
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən MDB iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edir.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, iclası Rusiya müdafiə naziri Sergey Şoyqu açıb.

“Hərbi əməkdaşlıq praktikası göstərir ki, MDB Müdafiə Nazirləri Şurasının fəaliyyəti əməkdaşlıq əlaqələri üçün möhkəm fundament rolunu oynayır. Əminəm ki, Şuranın bugünkü iclası bu istiqamətdə növbəti addım olacaq”, - deyə Şoyqu bildirib.

Qeyd edək ki, iclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinin müzakirə edilməsi planlaşdırılır. Nazirlərin 20 məsələni müzakirə edəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti