DYP-dən hamını düşündürən suala cavab

DYP-dən hamını düşündürən suala cavab
  27 May 2015    Oxunub:3682
“Bakıda keçiriləcək I Avropa Oyunları zamanı yol hərəkətində bəzi yeniliklər ediləcək. Bunlardan biri də oyunlar üçün yollarda çəkilmiş xüsusi zolaqlardır”.
Bunu AzVision.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

DYP rəsmisinin sözlərinə görə, ötən şənbə günündən başlayaraq, həmin zolaqlara maşınların girişini qadağan edən nişanlar quraşdırılır. “Xüsusi buraxılışı olmayan, həmin zolaqlara çıxan nəqliyyat vasitələrinin sürücüləri inzibati məsuliyyətə cəlb olunacaqlar. Bununla əlaqədar artıq yol nişanları düzülüb, həmin proses bu gün də davam etdirilir.

May ayının 29-dan etibarən həmin zolaqlara digər nəqliyyat vasitələrinin çıxamsı qadağan olunacaq”.

Avropa Oyunlarından sonra həmin zolaqların yanğınsöndürən və təcili tibbi yardım maşınlarının istifadəsinə verilməsi məsələsinə gəlincə, K.Əliyev bildirib ki, bu məsələ gündəmdə deyil.

“Həmin zolaqların gələcəkdə operativ nəqliyyat vasitələri üçün istifadə olunması məsələsi gündəmdə deyil. Çünki həmin zolaqlar əsasən Bakıdan kənar yollardadır. Bundan başqa ayrıca zolağın yaradılmasına hələ ki, zərurət duyulmur”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti