Mikayıl Cabbarov 2020-ci ilə söz verdi

Mikayıl Cabbarov 2020-ci ilə söz verdi
  25 May 2015    Oxunub:3218
12 illik təhsil sisteminə keçid çox mühüm bir məsələdir və ciddi müzakirələrin aparılmasını tələb edir.
AzVision.az xəbər verir ki, bunu bu gün Asiya İnkişaf bankı ( AİB) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə "12 illik Təhsil sistemini dəstəkləyən İnnovasiya Strategiyası" mövzusunda keçirilən regional forumda Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov deyib ki, 2013-cü ildə ilk dəfə olaraq, Azərbaycan prezidenti İlham Әliyevin sərəncamı ilə 12 illik təhsil sisteminə keçidin də yer aldığı "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası" təsdiqlənib. Həmin strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı bu ilin yanvar ayında təsdiqlənib:

"Dayanıqlılıq, davamlılıq, inkişafın bu cür davam etməsi insan kapitalının keyiyyətindən asılıdır. Bununla yanaşı, Azərbaycanın 2020-ci ilə qədər milli inkişaf strategiyasında 12 illik orta təhsil sisteminə keçid və şagirdlərin 16 yaşına qədər məcburi məktəbdə oxumaları nəzərdə tutulur”.

AzVision.az


Teqlər:  





Xəbər lenti