ASAN yanan binanın sakinlərinə xidmət göstərməyə başlayır

ASAN yanan binanın sakinlərinə xidmət göstərməyə başlayır
  21 May 2015    Oxunub:4952
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən Binəqədi rayonu ərazisində yanğın baş verən çoxmərtəbəli binada sənədləri yanmış və ya korlanmış sakinlərə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstəriləcək. Səyyar şəkildə göstərilən xidmətlər aidiyyəti dövlət qurumları tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakı və digər zəruri sənədləşmələr daxildir:

- Notariat fəaliyyəti;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, xidmətlər 22 may 2015-ci il tarixindən etibarən baş verən yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış qərargahın yanında Səyyar avtomobillər və iritutumlu avtobus vasitəsilə həyata keçiriləcək.

Səyyar ASAN xidmətin iş qrafiki:
Həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək,
Şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan).


Teqlər:  





Xəbər lenti