Bu ağlasığmaz layihənin həyata keçirilməsinə 3,5 milyard dollar xərclənməsi planlaşdırılır. Otel tikintisinin 2017-ci ildə bitəcəyi gözlənilir. Dünyanın ən geniş otelinin müsəlmanların müqəddəs ziyarətgahı Məscidül-Həramdan 2,2 kilometr aralı yerləşəcək.
Layihəyə əsasən otel 12 ayrıca binadan ibarədə olacaq. Tikilidə 70 yaxın restoran, helikopter meydançaları, kral dairələri və konfrans otaqları və s olacaq.
12 binadan ikisi beşulduzlu, 10 isə dördulduzlu olacaq.
Qeyd edək ki, daha əvvəl dünyanın ən geniş oteli Las Veqasda idi. “The Venetian” otelində 7 min 117 nömrə olub.
Eldar Tanrıverdiyev
Azvision.az