Qırğızıstan rəsmən Putin ittifaqına qoşuldu

Qırğızıstan rəsmən Putin ittifaqına qoşuldu
  21 May 2015    Oxunub:1485
Qırğızıstan prezidenti Almazbek Atambayev ölkəsinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) qoşulması barədə sənədi imzalayıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd edək ki, ötən gün Qırğızıstan parlamenti ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması barədə sazişi ratifikasiya edib.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Aİİ digər ölkələr üçün də açıq qurumdur.

Xatırladaq ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti