`Qadınlarınızı WhatsApp-dan yığışdırın`

`Qadınlarınızı WhatsApp-dan yığışdırın`
  21 May 2015    Oxunub:5563
Çeçenistan prezidenti Ramzan Kadırov çeçen kişilərə müraciət edib.
AzVision.az-ın AzadlıqRadiosuna istinadən məlumatına görə, bu, çeçen liderinin 57 yaşlı polis rəisi ilə 17 yaşlı qızın evlənməsinə icazə verməsinin sosial mediada çox kəskin reaksiyalarla qarşılanması ilə bağlıdır.

“Bəsdir! Özünüzü çeçen kimi aparın. Belə şeylər yazmayın. Kişilər, öz qadınlarınızı WhatsApp-dan yığışdırın”-deyə, Kadırov bildirib.

Ramzan Kadırov bundan əvvəl də WhatsApp-ın çeçenlərə mənfi təsirindən danışıb. İslam Dövləti təşkilatının çeçenlər arasından tərəfdarları məhz WhatsApp vasitəsilə yığdığını bildirib.


Teqlər:





Xəbər lenti