Putinin azərbaycanlı müşaviri vəfat etdi

Putinin azərbaycanlı müşaviri vəfat etdi
  21 May 2015    Oxunub:3091
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Kaluqa vilayəti üzrə mədəniyyət məsələləri müşaviri, azərbaycanlı rəssam 75 yaşlı Sadıq İman oğlu Bağırov dünyasını dəyişib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumaa görə, mərhumla vida mərasimi Azərbaycan, Tatarıstan və Dağıstan diasporunun nümayəndələrinin iştirakı ilə Kaluqada keçirilib və onun nəşi bu şəhərin Litvinski məzarlığında torpağa tapşırılıb.

Tanınmış ictimai xadim Sadıq Bağırov 1940-сı ildə Bakı şəhərində anadan olub, 1978-ci ildən Kaluqada yaşayır. Rusiya Rəssamlar İttifaqının üzvü olan Sadıq Bağırov şəhər, vilayət, və respublika sərgilərinin iştirakçısı idi. Yaratdığı onlarla rəsm əsəri hazırda Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İtaliya, Almaniya, Yuqoslaviya, Polşa və Braziliyada muzeylərdə, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.


Teqlər:





Xəbər lenti