`Yanğın təxribat ola bilər`

`Yanğın təxribat ola bilər`
  20 May 2015    Oxunub:2570
“Dünən baş vermiş hadisə ilə bağlı Ermənistan mətbuatı yazır ki, Azərbaycanda terror hadisəsi baş verib və bunu `Sadval` törədib. Bunun özü bir daha sübut edir ki, Azərbaycanın düşmənlərinin əsas məqsədi və hədəfi ilk Avropa Oyunarıdır”.

Bu fikirləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, məqsəd Azərbaycanda qorxu, xof yaratmaqdır: “Məqsədli şəkilidə bunu “terror” adlandırlar. Bilirlər ki, Azərbayana minlərlə qonaq gələcək. Bütün Avropa mediası Azərbaycanı göstərəcək. Avropa Oyunları yaxınlaşdıqca bütün güclərini işə salıblar. Dünən baş vermiş hadisə ilə bağlı cənab prezident İlham Əliyevin Dövlət Komissiyasının yaradılması haqqında sərəncamı göstərdi ki, hadisə ölkə rəhbərliyinin birbaşa nəzrətindədir. İnanıram ki, bu hadisənin səbəbi qısa vaxtda müəyyən ediləcək. Şəxsən mən ehtimal edirəm ki, hadisə təxribat məqsədilə də edilə bilər. Məncə, bu üzlüklər artıq 1 ilə yaxındır ki, vurulub. Niyə indi durduğu yerdə birdən-birə yanmağa başladı?! Çox sullar var. Bütün bu sulların cavabı yaxın zamalarda məlum olar”.


Teqlər:





Xəbər lenti