Təhsil Nazirliyi telekanal açır

Təhsil Nazirliyi telekanal açır
  19 May 2015    Oxunub:3355
"Təhsil Nazirliyində yeni studiya yaradılıb və bu günlərdə istifadəyə veriləcək. Ümid edirik ki, Təhsil Nazirliyi bu studiya ilə həm təhsilin, həm də medianın inkişafına töhfə verəcək".
Bunu Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Universitetində "Bakı-2015" I Avropa Oyunlarının təbliğinə həsr olunan "Media və təhsil dialoqu: peşəkarlığın inkişafı" mövzusunda təlim-konfransda nazirliyin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, nazirliyin yeni studiyası "Təhsil TV" internet televiziyası üçün nəzərdə tutulub: "Burada ancaq təhsillə bağlı xəbərlər, verilişlər olacaq".

O, qeyd edib ki, növbəti tədris ilində "Təhsil TV"nin fəaliyyətinə jurnalistika ixtisası üzrə təhsil alan tələbələr də cəlb olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti