Erməni qubernator narkomandır – Şok iddia

Erməni qubernator narkomandır – Şok iddia
  18 May 2015    Oxunub:2528
“Ermənistanın Syunik vilayətinin qubernatoru Suren Xaçatryan narkomandır. O, yol verdiyi qanun pozuntularına görə məsuliyyətə cəlb olunmalıdır”.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın müxalif “İrs” partiyasının funksioneri, deputat Zarui Postancanyan deyib.

“Mən əvvəllər də bu adamın məsuliyyətə cəlb olunmasını tələb etmişəm. Ekspertizanın nəticələri onun narkotik asılılığını təsdiq edib. Lakin Suren Xaçatryan məsuliyyətdən qaça bilib. İndi isə onun oğlunun adı insidentdə hallanır. Bir neçə nəfər gənc bədən xəsarəti alıb, bir nəfərin gözü zədələnib. Günahkarlar cəzalandırılmalıdır, lakin ilk növbədə Suren Xaçatryanı cəzalandırmaq lazımdır”, - deyə o vurğulayıb.


Teqlər:





Xəbər lenti