Dollar yenidən ucuzlaşdı

Dollar yenidən ucuzlaşdı
  15 May 2015    Oxunub:2146
Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 15-ə olan rəsmi məzənnələr bülletenində göstərilib ki, dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% ucuzlaşaraq 1,0472 manat olub.

Avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0034 manat və ya 0,29% bahalaşaraq 1,1912 manat olub.

Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. 1 rublun dəyəri 0.0211-dən 0.0209 manata qədər azalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti