`Bayraq meydanı`na gedən yol bağlanır

`Bayraq meydanı`na gedən yol bağlanır
  14 May 2015    Oxunub:2834
Bu gün Bibiheybət məscidinin yanından “Bayraq meydanı” na qədər olan yolda “Oyunlar zolağı”nın işarələnməsi işləri aparılacaq.
AzVision.azxəbər verir ki, işarələnmə işləri saat 12:00-dan axşam saat 17:00-dək davam edəcək. Göstərilən müddət ərzində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-dən start verib. Artıq Ziya Bünyadov prospektində, Bakı Dairəvi-1 avtomobil yolunda, Ələt-Astara magistralının “Lökbatan dairəsi”ndən Bibiheybət məscidinə qədər olan hissəsində “Oyunlar zolağı” çəkilib.

Eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 15 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC müvəqqəti narahatçılığa görə sürücülərdən üzr ustəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti