Azərbaycan Aİ-95-dən imtina edir

Azərbaycan Aİ-95-dən imtina edir
  13 May 2015    Oxunub:2419
“Biz hazırda yalnız Aİ-92 markalı benzin istifadə edirik. Benzin istehlakında bu növ benzinin kütlə payı 95% təşkil edir. Ancaq gələcəkdə ölkədə Aİ-95 benzin və dizelinin istehsal olunması nəzərdə tutulur”.
Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) neft emalı üzrə vitse-prezidenti David Məmmədov deyib.

O bildirib ki, 2018-ci ilə qədər zavodların yenidən qurulmasını həyata keçirmək planlaşdırılır: “Rekanstruksiyadan sonra zavodlarımızda daha keyfiyyətli, Avro standartlara cavab verən yanacaq istehsal olunacaq. Ancaq hazırda qərar qəbul olunub ki, daxili tələbatı ödəmək üçün 2014-cü ilin aprelindən başlayaraq mövcud zavodlarımız ancaq Aİ-92 markalı benzin istehsal etsin. Aİ-95 markalı benzinə olan tələbat isə idxal hesabına ödənilir. Bu qərar ekoloji mühitin nisbətən yaxşılaşdırılması üçün verilib. Hazırda Avro 5 dizel və benzini dünya üzrə ən təmiz yanacaq hesab olunur”.

ARDNŞ rəsmisi əlavə edib ki, Avro 5 standartlarına cavab verən yanacaqlar elə də gəlirli deyil: “Nəzərə alsaq ki, Avro 5 standartlarına cavab verən yanacaqlardan istifadə edənlər imkanlı vətəndaşlardır, bu böyük bir gəlirliliyə imkan vermir”.
(Ans)


Teqlər:  





Xəbər lenti