Əsnəmək niyə yoluxucudur ?

Əsnəmək niyə yoluxucudur ?
  19 Fevral 2013    Oxunub:3858
Başqa insanların əsnədiyini görmək, əsnəməyi düşünmək və ya əsnəməklə bağlı bir yazı oxumaq insanların əsnəməsinə səbəb ola bilir.
Nyu York universitetində çalışan Qordon Qallup başqalarının əsnəməyini təqlid etməyin bir refleks ola biləcəyini söyləyib.
Əhatəmizdə əsnəyən birini gördükdə beynimizdəki neyronlar fəaliyyətə keçir və digər insanın yaşadığı refleksi hiss etməyimizə səbəb olur. Bundan başqa ehtiyac hissi də bizi əsnəməyə məcbur edir.
Alimlər ilk öncə insanların niyə əsnədiyini aydınlaşdırmağa çalışır. Bəzi elm insanlarının fikrincə, əsnəmək həm də darıxmaq işarəsidir. Bəziləri isə əsnəməyin qandakı karbondioksid və oksigen balansını qoruduğunu deyir.
Qallupun son apardığı araşdırmaya görə, əsnəmək beynin “havasını dəyişir”. Başqa sözlə, əsnəmək beynimizin fəaliyyətini sürətləndirir. Qallup hər kəsin düşündüyü kimi əsnəməyin yuxu gətirdiyini deyil, beyni yuxulamaqdan xilas etdiyini deyib.



Teqlər:  





Xəbər lenti