İslam Kərimov fikrini dəyişdi - Moskavaya gedəcək
“Özbəkistan prezidenti İslam Kərimov Rusiya lideri Vladimir Putinin dəvətini qəbul edib və Moskvada Qələbənin 70 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək”, - deyə Uşakov bildirib.
Ötən gün yayılan məlumatlarda isə Özbəkistan prezidentinin Moskvaya getməyəcəyi qeyd olunurdu.
Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Koreya lideri Kim Çen In, Fransa prezidenti Fransua Olland, Yaponiyanın baş naziri Sindzo Abe, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Avstriya prezidenti Haynts Fişer, İsveçin baş naziri Stefan Leven və Yaponiya baş naziri Sindzo Abe Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırmadıqlarını bildirmişdilər.
Eldar Tanrıverdiyev
AzVision.az