ABŞ İŞİD-ə qarşı 400 əsgər göndərir
Artıq ilk 400 ABŞ əsgəri Türkiyə və İordaniya ərazisinə gəlib. Ümumilikdə təlimlərə 3 minə qədər insan yazılıb. Hazırda 400-ə yaxın müxalifətçi təhlükəsizlik tələbləri ilə bağlı yoxlamaları keçiblər.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Eldar Tanriverdiyev
AzVision.az