Azərbaycanlı tələbələri güllələyən bolqar tutuldu

Azərbaycanlı tələbələri güllələyən bolqar tutuldu
  05 May 2015    Oxunub:2588
Üç azərbaycanlı tələbəni güllələməkdə şübhəli bilinən 21 yaşlı Bolqarıstan vətəndaşı həbs edilib.
AzVision.az “korrespondent.net” portalına istinadən xəbər verir ki, bu barədə müvafiq qərarı Odessa şəhərinin Kiyev rayon məhkəməsi qəbul edib.

Qeyd edək ki, mayın 1-nə keçən gecə Odessanın Lev Tolstoy meydanında İ.Meçnikov adına Odessa Milli Universitetinin sərxoş tələbələri arasında münaqişə baş verib və nəticədə dörd əcnəbi tələbə güllə yarası alıb.

Milisdən qeyd ediblər ki, atışma bolqar və azərbaycanlı gənclərin mübahisəsinin yekunu olub. Mübahisə zamanı bolqar tələbə qaçıb və həmyerlilərimiz onu təqib etməyə başlayıblar. Daha sonra bolqar tələbə üzərindəki səsboğucusu olan döyüş tapançası ilə arxasınca gələnlərə bir neçə dəfə atəş açıb.

Mənbənin məlumatına görə, insident nəticəsində azərbaycanlı tələbələr omba, qarın, çiyin və əl nahiyələrindən güllə yaraları alıblar.

İstintaq zamanı müəyyən edilib ki, bolqar tələbə silahı Ukrayna ərazisinə qanunsuz olaraq keçirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti