Ermənistan borc içində üzür – 8,5 milyard dollar
Bu barədə AzVision.az-ın Ermənistanın “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir.
Ermənistan Milli Statistika Xidmətinin yaydığı məlumata görə, mart ayının sonuna olan göstəricilərə əsasən Ermənistanın xarici dövlət borcunun həcmi 3 milyard 925 milyon dollardır.
“Bu borcun təxminən 3,5 milyard dolları hökumətin, 434,1 milyonu isə Mərkəzi Bankın borcudur. Bu gün Ermənistanın ümumi borcu isə 8,5 milyard dollar və ya ümumi daxili məhsulun (ÜDM) 80 faizini təşkil edir, - deyə qəzet yazır.
Eldar Tanrıverdiyev
AzVision.az