Polis reydlərə başlayır - maşınlar yoxlanılacaq

Polis reydlərə başlayır - maşınlar yoxlanılacaq
  02 May 2015    Oxunub:3541
“Bu gün sovet və MDB istehsalı olan avtomobillərin təsdiq və tərtib edilmiş qrafikə uyğun olaraq texniki baxışdan keçmə müddəti başa çatıb”.
Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, ölkə üzrə qeydiyyatda olan avtomobillərin təxminən 30-35 faizi sovet və MDB istehsalı olan avtomobillərdir: `Bu günə olan məlumata görə, onların təxminən 15-20 faizi texniki baxışdan keçib. Bu da çox ciddi narahatçılıq doğurur. Ona görə də hər kəs avtomobili texniki baxışdan keçirmək üçün aidiyyatı üzrə diaqnostika mərkəzlərinə təqdim etsin. Bu gündən etibarən Rusiya və MDB istehsalı olan nəqliyyat vasitələri DYP əməkdaşlarının təhkim edildiyi ərazidə xidmət apararkən aşkarlanırsa, onlar dərhal saxlanılıb və sənədləri yoxlanılacaq. Əgər avtomobilin qabaq şüşəsində texniki baxışdan keçməni sübut edən nişan yoxdursa, demək mütləq DYP əməkdaşları tərəfindən saxlanılacaq`.

DYP rəsmisi diqqətə çatdırıb ki, texniki baxışdan keçmədə məqsəd nəqliyyat vasitəsinin texniki sazlığına əmin olmaqdır.

`Qanunun tələbi yerinə yetirilməlidir. Bu gündən etibarən DYP əməkdaşları keçirdiyi reyd zamanı texniki baxışdan keçməyən Rusiya və MDB istehsalı olan avtomobillərə protokol tərtib edəcək. Eyni zamanda tərtib edilmiş protokol üzrə 10 gün müddətində vətəndaş yenidən avtomobili texniki baxışdan keçirməlidir. Əks halda həmin sürücü yenidən cərimə olunacaq`.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti