Bakıda 200 minlik maşınlar cərimə meydançasında - FOTOLAR

Bakıda 200 minlik maşınlar cərimə meydançasında - FOTOLAR
  30 Aprel 2015    Oxunub:15529
Aprelin 29-da, axşam saatlarında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində qayda pozuntusuna yol verən 99-HF-099 dövlət nömrə nişanlı «Maserati» və 90-US-009 dövlət nömrə nişanlı «Mersedes-SLS» markalı iki avtomobili saxlayıb.
Təxminən 200 min qiyməti olan bu avtomobillərin hər ikisi Bakı şəhər DYPİ-nin ərazisindəki cərimə meydançasına aparılıb.

AzVision.az-ın avtosfer.az-a istinadən məlumatına görə, DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, hər iki nəqliyyat vasitəsi qanunla istifadəsi qadağan olunan səsgücləndirici vasitələrdən istifadə etdiklərinə görə saxlanıb və sürücülər barəsində inzibati protokol tərib edilib.

Qeyd edək ki, maşınlara «xor-xor» səs çıxaran qurğuların quraşdırılması qanunla qadağandır və İnzibati Xətalar Məcəlləsində bu əmələ görə sürücünü min manatadək cərimə gözləyir.








Teqlər:  





Xəbər lenti