Emil Hüseynovun qətli araşdırılacaq - Baş prokurorun müavini

Görüşdə, həmçinin azərbaycanlı gənc futbolçu Emil Hüseynovun Yekaterinburq sakini, erməni Tiqran Çikayan tərəfindən qətlə yetirilməsi və bu cinayət işinin istintaqının ədalətlə aparılmasının vacibliyindən danışılıb. Baş konsul vurğulayıb ki, RF baş prokurorunun müavini Y.Ponomoryov T.Çikanyanın saxlanıldığını deyib və bu cinayət işinin sonadək ədalətlə icra olunacağına əminliyini bildirib.
S.Qasımov, həmçinin qeyd edib ki, baş konsulluq aprelin 24-də uydurma “erməni soyqırımı” ilə əlaqədar Yekaterinburqda keçirilməsi nəzərdə tutulan yürüşlərin məhdudlaşdırılması və ya ləğv edilməsi barədə şəhər rəhbərliyinə müraciət edib.
Eyni zamanda, Yekaterinburq mətbuatının yazdığına görə, yerli hakimiyyət aprelin 24-də erməni kilsəsindən başlanması nəzərdə tutulan yürüşün keçirilməsinə qadağa qoyub.
Teqlər: